Azərbaycan Aşıqlar Birliyi » Aşıqlar » XINDI MƏMMƏD
Bölmələr

Xəbərlər
Birliyin tarixi
Birliyin quruluşu
Qurultaylar
Beynəlxalq aləmdə
Aşıqlar
Repressiya qurbanları
Fəxri ad və dövlət
mükafatı alanlar
Elmi araşdırmalar
Tədbirlər
Folklorşünas alimlər
"Ozan Dünyası" jurnalı
Saz havaları
Dastanlar
Foto albom
Videolar
Kitablar
Təbriklər
Müsahibələr
Yazılar
Əlaqə
 
Son XƏbƏrlƏr






TƏqvim
«    Avqust 2014    »
 
1
2
3
4
5
6
7
8
9
10
11
12
13
14
15
16
17
18
19
20
21
22
23
24
25
26
27
28
29
30
31
Sorğu
Azərbaycan Aşıqlar Birliyinin fəaliyyəti sizi qane edirmi?

Bəli
Xeyr

free counters
 
 

Aşıqlar : XINDI MƏMMƏD
 
XINDI MƏMMƏD


Məmməd Gülabı oğlu Qəniyev 1896-cı ildə Borçalıda - Marneuli rayonunun Qaş Muğanlı (Böyük Muğanlı) kəndində anadan olmuşdur. Məmməd Gülabı oğlu çətin uşaqlıq dövrü keçirmişdir. Lap körpəlikdən çox məlahətli bir səsə malik olduğunu duyan dayısı Söyün Qoca oğlu onu 1914-ci ildə məşhur el şairi, gözəl söz xiridarı şair Ağacanın yanına gətirib ona şagird vermişdir.
Gənc Məmməd bir müddət Ağacanın yanında qalır, şeir-sənət dünyasının sirlərinə dərindən bələd olur, aşıq yaradıcılığını mənimsəyir.
Tale dalıa sonra Məmməd Gülabı oğlunu o zamanlar Borçalı da məşhur aşıq kimi tanınan Bəyazidli Məsimlə qoşalaşdırır və bu da onun nadir ifaçı kimi püxtələşməsində əvəzsiz rol oynayır. Qeyri-adi zil, məlahətli səsə malik olan Məmməd aşıq sənətinə dərindən yiyələnib, Borçalının ustad aşığı kimi formalaşır və sonralar "Xındı Məmməd" təxəllüsü ilə gözəl aşıq şeirləri yazmağa başlayır, sazı-sözü ilə böyük şöhrət qazanır.
Xındı Məmməd çox gözəl dastan danışan, ifaçı sənətkar, hazırcavab, bağlama və qaravəllilərin gözəl bilicisi kimi əvəzsiz bir aşıq olmuşdur.
Ustadlardan dərs ala-ala Xındı Məmməd özü sonralar geniş yaradıcılıq yoluna qədəm qoymuş, divani, təcnis, gəraylı, müxəmməs kimi aşıq şeir üslubunda xeyli əsər yazmışdır. O bir çox ustad aşıqların şerlərinə qabaq-qaytarmalar yazmış, neçə-neçə ustadlarla deyişmişdir.
Dövrün mükəmməl, tanınmış el şairləri və aşıqları Şair Ağacan, Şair Nəbi, Bəyazidli Məsim, Təhləli Novruz və bir çox başqaları ilə şeirləşmişdir.
Hələ 1930-cu illərdə bu Borçalı bülbülünə də qara yaxaraq pantürkist damğası vurmuşlar. Buna görə də o bir müddət Tiflisdəki Metex qalasında yatmışdır.
Böyük Vətən müharibəsi (1941-1945) başlayanda Xındı Məmməd də cəbhəyə getmişdir. O, müharibəyə yola düşməzdən əvvəl canından artıq sevdiyi öz sədəfli sazını "Cəngi" havası üstündə kökləyib divardan asmışdı.
Ikinci cahan savaşından evə sağ-salamat dönən Xındı Məmməd öz gözəl sənətini davam etdirmişdir. Bu sənətdə ustadlıq zirvəsinə çatan aşığın Borçalıda xeyli ünlü şagirdi vardır. Onlardan Aşıq Məhəmməd Sadaxlı, Aşıq Allahyar, Aşıq Ziyəddin, Aşıq Seyfi və başqaları bu gün Borçalının ən ünlü sənətçilərindəndir. Bu şagirdlərin arasında ustadın oğlu Gülabı Xındı Məmmədə layiq əvəz olmuşdur.
Ustad aşığın yazdığı şeirlər rayon və respublika mətbuatında çap olunmuşdur. Onun şeirlərinin tam külliyyatı Bakıda "Meydanda mərdi-mərdanə" adı altında çap olunmuşdur. Qədirbilən Borçalı camaatı və sazsevərləri Xındı Məmmədin 1986-cı ildə 90, 1996-cı ildə 100 illiyini böyük bayram şənliyinə çevirdilər.
Xındı Məmməd 1968-ci il avqustun 28-də vəfat etmişdir. Qəbri doğma yurdu Qaş Muğanlıdadır.